“Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının altıqat çempionu olan Kayl Uoker klubun maliyyə qaydalarını pozduğuna görə titullardan məhrum ediləcəyi təqdirdə tatuajını sildirə biləcəyini bildirib.
Uokerin bədənində “FOUR IN A ROW” — “ardıcıl dörd dəfə” yazısı var. “Mançester Siti” 2020/21, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində çempion olaraq Premyer Liqa tarixində ardıcıl dörd mövsüm titul qazanan ilk klub olub.
“Yəqin ki, bunu etməli olacağam. Tatuajı saxlamaq istərdim, amma ümid edirəm ki, bizdən heç nə alınmayacaq. Oyunçu kimi yalnız bunu deyə bilərəm: etdiyimiz hər şey meydançaya çıxıb komanda şəklində ən yaxşı futbolumuzu göstərmək idi. Bu oyunçuları ömrümün sonuna qədər müdafiə edəcəyəm”, – deyə Uokerin sözlərini “The Touchline” yayıb.