“Barselona” oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində səfərdə PSJ ilə qarşılaşıb. Kataloniya təmsilçisi matçda 2:4 hesabı ilə məğlub olub.
Bu nəticə ilə “Barselona” turnirdə ardıcıl 18-ci oyunda qapısını toxunulmaz saxlaya bilməyib. Komanda Hans-Diter Flikin rəhbərliyi altında Çempionlar Liqasında keçirdiyi matçların heç birində bu seriyanı dayandıra bilməyib.
Flikin rəhbərliyi ilə keçirilən 29 oyunun 7-də “Barselona” qapısında üç və ya daha çox qol görüb.