İcarə əsasında Fransanın "Monako" klubunda çıxış edən "Barselona"nın hücumçusu Ansu Fatinin doğma komandasında yeni bir şans qazanacağı inandırıcı görünmür.
"Operativ Məlumat Mərkəzi-OMM" "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi 23 yaşlı futbolçu ilə yollarını tamamilə ayırmaq niyyətindədir.
Fransa təmsilçisi 11 milyon avroluq satınalma hüququndan istifadə etməsə belə, "mavi-qırmızılar" gənc forvardı transfer siyahısına daxil edəcəklər.
Klub rəhbərliyi Fatinin Liqa 1-də müəyyən irəliləyiş əldə etdiyini düşünsə də, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deku əsas heyətə düşmək şansı olmayan oyunçuların komandada qalmamalı olduğu prinsipinə sadiq qalırlar.
Hazırda oyunçunun bazar dəyəri əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb.
Nüfuzlu "Transfermarkt" portalı Ansu Fatinin transfer qiymətini 15 milyon avro olaraq qiymətləndirir.