Əsas məzmuna keç

Ansu Fati gələcək karyerası ilə bağlı qərarını verdi

Ansu Fati gələcək karyerası ilə bağlı qərarını verdi

"Barselona"dan icarə əsasında "Monako"da çıxış edən hücumçu Ansu Fati karyerasını Fransa klubunda davam etdirmək istəyir.

ru en

Hazırda icarə əsasında "" klubunun şərəfini ""nın hücumçusu gələcək karyerası ilə bağlı yekun qərarını verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu çıxışını Fransa təmsilçisində davam etdirmək niyyətindədir.

İspaniyalı forvard Kataloniya təmsilçisinin gələcək əməkdaşlıqda maraqlı olmadığını düşünür.

Məhz bu səbəbdən o, yenidən İspaniyaya qayıtmağı planlaşdırmır.

Öz növbəsində, "Monako" rəhbərliyi oyunçunun müqaviləsindəki 11 milyon avroluq satınalma bəndini aktivləşdirməyə tam hazırdır.

Cari mövsümdə gənc Liqa 1 təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 27 matçda meydana çıxıb.

Bu görüşlərdə o, rəqib qapılarından 10 top keçirməyi bacarıb.

Xatırladaq ki, futbolçunun "Barselona" ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…