Əsas məzmuna keç

Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır

Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır

İTV rəhbəri İKT və sosial şəbəkələrin təsiri ilə media bazarındakı transformasiyadan danışdı. Report, APA və AZERTAC-ın yüksəlişi fonunda TV-ləri nə gözləyir?

en ru

Dünyada media qarşısında böyük bir çağırış var. O çağırış da sosial medianın çox böyük sürətlə inkişafı ilə bağlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İctimai Televiziyanın baş direktoru Balakişi "Real TV"də yayımlanan Media Masası proqramında deyib.

"Uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi. Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir",- deyə B. Qasımov bildirib.

İTV rəhbəri özünün də televiziya verilişlərini üzərindən izlədiyini bildirib.

O, həmçinin AZERTAC, Report və kimi informasiya agentliklərinin xəbər yayımında televiziyaları qabaqladıqlarını da vurğulayıb.

"Həm ona görə ki, onlar daha çevikdir, həm də etimad qazanılıblar", - B. Qasımov qabardıb.

Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır: "Bu, tək televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya Titanik gəmisi kimi batır. İndi iki yol var, ya Titanikdəki orkestr kimi gəminin batdığını bilə bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq".

İTV rəhbəri çıxış yolunu televiziyaların rəqəmsal transformasiyasında görür.

"Bizim növbəti bir neçə illik planımız ondan ibarətdir ki, biz öz platformamız üzərində işləyirik. O platformanın biri xəbər yönümlü, digəri əyləncəli olacaq", - B. Qasımov bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…