Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunun iştirakçı sayı açıqlanıb.
Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü müxtəlif məsafələrdə qüvvəsini sınayacaq.
Yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri mübarizə aparacaqlar.