Bakıda üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsi başa çatıb. Yarışın yekununda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Bağlanış tədbirində “Avroviziya” mahnı müsabiqəsinin qalibi Nigar Camal iştirak edib və səhnəyə çıxıb.
Bakı mərhələsində 44 ölkədən 216 üzgüçü mübarizə aparıb. Azərbaycanı yarışda 15 idmançı təmsil edib.