Bakıda meyxanaçı narkotiklə saxlanılıb

Bakıda meyxanaçı narkotiklə saxlanılıb
12.06.2023 13:38
Aa
dəq

Bakıda polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.

Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

"Sonda sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyyə edirik", - məlumatda qeyd edilib

Həftənin ən çox oxunanları

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib
DAVAMIN OXU davamın oxu

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ

“Leysan, dolu, qar…” - Sabah ilə bağlı XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu