Bakıda polisə silahlı müqavimət göstərilib, 3 polis qətlə yetirilib

Bakıda polisə silahlı müqavimət göstərilib, 3 polis qətlə yetirilib
24.06.2024 09:52
Aa
dəq

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Həftənin ən çox oxunanları

FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb

FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb
DAVAMIN OXU davamın oxu

Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB

Talış Dağlıq zonasında güclü zəlzələ olub - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib
DAVAMIN OXU davamın oxu

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
DAVAMIN OXU davamın oxu

Ötən tədris ilində Bakı məktəblərində 12 nəfər direktor vəzifəsinə təyin olunub

Ötən tədris ilində Bakı məktəblərində 12 nəfər direktor vəzifəsinə təyin olunub
DAVAMIN OXU davamın oxu