Əsas məzmuna keç

DTX kriminal şəbəkənin rəhbərini həbs etdi - FOTO

DTX kriminal şəbəkənin rəhbərini həbs etdi - FOTO

Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən, barəsində 48 iş üzrə həbs qərarı olan Mehmet Recep Demir...

en ru

aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən, barəsində 48 iş üzrə qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.

Bir neçə ay əvvəl Demirin Azərbaycana gizli keçdiyi barədə məlumatlar yayılmışdı.

Bir müddət sonra isə onun Azərbaycanda guya silahlı hücum nəticəsində həyatını itirdiyi barədə dərc edilmiş məlumatların yalan olduğu və təqiblərdən yayınmaq üçün qəsdən yayıldığı hazırda məlum olur.

Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyi və məhkəmə qərarı ilə təcridxanasında saxlanıldığı müəyyən edilib.

hüquq-mühafizə orqanları tərəfindən Avropa və Asiya məkanında şəbəkəyə çevrilmiş “Boyunlar” (və ondan ayrılmış “Daltonlar”) kriminal təşkilatı barədə istintaq aparılır.

“Türkiyə Baş Prokurorluğu Demirin barəsində ekstradisiya sorğusu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.” - məlumatda bildirilir.

kriminal-sebekenin-rehberi-azerbaycanda-tutuldu

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…