Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində bu gün mübarizəyə başlayacaqlar. İlk yarış günündə millinin dörd üzvü üç çəki dərəcəsində tatamiyə çıxacaq.
Qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva 1/16 finalda xorvatiyalı Tihea Topolovetslə qarşılaşacaq.
Kişilərin 60 kq çəki dərəcəsində Murad Muradlı 1/16 finalda fransalı Luka Mxeidze ilə üz-üzə gələcək. 66 kq-da isə Nizami İmranov fransalı Daiki Buba, Turan Bayramov almaniyalı Florian Bökerlə qarşılaşacaq. Hər iki görüş 1/16 final mərhələsində keçiriləcək.
Təsnifat görüşləri saat 12:45-də, final bloku isə 20:00-da başlayacaq. Turnir noyabrın 15-də başa çatacaq.