Operativ Məlumat Mərkəzi

Bakıda istirahət edə biləcəyiniz 10 ideal məkan

5 dəq
Paylaş:
Bakıda istirahət edə biləcəyiniz 10 ideal məkan
Bakıda piknik və istirahət üçün ən yaxşı 10 məkan: Meşə parkı, Bulvar və digər ideal yerlər. Pulsuz girişli parklar siyahısı.

Artıq piknik və istirahət etmək üçün ən gözəl mövsüm gəlib çatıb. Bəs Bakıda ən yaxşı piknik və istirahət ediləcək məkanlar haradadır?

"Operativ Məlumat Mərkəzi-OMM" sizin üçün Bakıda ən ideal piknik və istirahət ediləcək məkanları təqdim edir.

1. Meşə parkı

Bakıda yeni istirahət məkanı olan meşə-park — Fotolar+Video

Paytaxtın Yasamal rayonunda salınmış bu park piknik üçün ideal seçimdir. Parka giriş tam ödənişsizdir. Bununla yanaşı, piknik edə bilməyiniz üçün ödənişsiz stol və stullardan rahatlıqla istifadə edə bilərsiniz. Ev heyvanları olanlar heç təəssüf etməsinlər, parkda heyvanları gəzdirməyə icazə verilir.

2. Nizami Gəncəvi parkı

Nizami ili”nə son töhfə – məşhur park əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Bakının Xətai rayonunda salınmış bu parkda sakinlərin istirahət edə bilmələri üçün hər cür şərait var. Burada rahatlıqla piknik edə bilərsiniz. Bununla yanaşı parkda uşaq əyləncə yerləri var ki, övladlarınız burada istədikləri kimi vaxt keçirə bilərlər. İdman etməyi sevənləri unutmadıq təbii ki, parkın daxilində açıq havada idman alətləri quraşdırılmışdır ki, bunların vasitəsilə öz idmanınızı edə bilərsiniz. Park göl ətrafında yerləşdiyindən müxtəlif göl ətrafı fotosessiyalar da etmək imkanınız olacaq.

3. Bakı Mərkəzi park

Bakının daha bir siması - Mərkəzi Park (FOTO)

Bakı şəhəri "Köhnə Sovetski" məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən bu park istirahət üçün ideal məkandır. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol sevərlər üçün isə futbol meydançası var.

4. Xəqani və ya Malakan bağı

Malakan" bağının ətrafında nəqliyyatın hərəkəti birdəfəlik yığışdırılacaq

Malakan bağı Bakı sakinlərinin ən sevimli məkanlarından biridir. Hündür, iriyarpaqlı ağacların sayəsində hətta yayın istisində belə bağ sərin olur. Bundan başqa, bağda uşaqlar üçün attraksionlar quraşdırılıb. Burada istirahət edərkən övladlarınız da attraksionlarla əylənərək gözəl vaxt keçirəcəklər.

5. Çəmbərəkənd parkı

Çəmbərəkənd Parkı 4k - YouTubeBakı şəhəri, Səbail rayonunda yerləşən bu park istirahət üçün ən gözəl məkanlardan biridir. Burada uşaqlar üçün kiçik attraksionlar yer alır. Bunlar sayəsində övladınız xoş gün keçirəcək. Sakinləri düşünərək ərazidə müxtəlif oturacaqlar quraşdırılıb.

6. Nəbatat Bağı

Mərkəzi Nəbatat Bağı belə olacaq — Fotolar

Çoxumuzun Botanika bağı kimi tanıdığı bu park piknik üçün ideal məkandır. Saysız hesabsız flora ilə zəngin olan bu parkda əlvan yaşıllıqdan və rəngarənglikdən zövq alacaqsınız.

7. Böyükşor Bulvarı

Böyükşor BulvarıƏgər sən də piknik planının müxtəlif məşğuliyyətlərlə dolu olmasını istəyirsənsə, Böyükşor bulvarına baş çəkməlisən. Təbiətə yeni nəfəs bəxş edilmiş bu məkanda gəzinti və velosiped üçün yollar ayrılmışdır. Azyaşlılar üçün parkda oyun meydançaları da salınmışdır.

8. Zirə eko-park

Zirə eko-parkı

Ərazinin böyük hissəsini qazon, ağaclar və dekorativ gül kolları təşkil edən bu parkda piknik etmək üçün kirayə stol və stullar götürə bilərsiniz. Şəhərin səs küyündən uzaq olan bu məkan istirahət üçün gözəl məkandır. Müxtəlif oyun meydançalarının olması buranı uşaqların sevimli məkanına çevirir.

9. Dədə Qorqud parkı

8848fe14ca5c8464ca8474a40f67c314.jpgPaytaxtın Nərimanov rayonunda yerləşən bu park piknik üçün ideal məkandır. Göl və şəlalə ətrafında çox gözəl gün keçirə bilərsiniz.

10. Balıq Göl

7789c4ce39f93a593a61fa4eb2574266.jpg

İstirahət günlərinizi dəyərləndirəcəyiniz bir digər məkan olan Balıq Göl Binədən Qalaya gedən ərazidə yerləşir.

Aygün İsmayılova

Bu xəbəri paylaş

Oxşar xəbərlər