Əsas məzmuna keç

Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi paytaxtda yeni sınaq rejiminə start verir. Sentyabrın 15-dən tətbiq ediləcək qrafik nəqliyyat sıxlığını azaldacaqmı?

ru en

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə tətbiq olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu qrafik sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə təşkil olunur.

"Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil ediləcək. Həmin müddətdə sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…