Operativ Məlumat Mərkəzi

Bakıda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanılıb
{"az":"Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda səkkiz nəfərin bank kartından 850, 184, 1 000, 400, 481, 2000, 200 və 205 manat...","en":"","ru":""}

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda səkkiz nəfərin bank kartından 850, 184, 1 000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5 320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov Hövsan qəsəbəsində saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Fəttahovun əməllərindən zərər çəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər