Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı və bir sıra bölgələrdə bu gün elektrik enerjisi kəsiləcək

2 dəq
Paylaş:
Bakı və bir sıra bölgələrdə bu gün elektrik enerjisi kəsiləcək

enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxt Bakı şəhərində və bir sıra rayonlarda elektrik şəbəkələrində həyata keçiriləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə "" ASC-dən bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

RETSİ-nə daxil olan Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Dəhnə" hava xəttində təmir işləri icra olunacaq. Planlı fasilə saat 11:00-dan 12:30-dək rayonun Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, şəhər ərazisində isə Yeni Məşəd küçəsi, 47-ci məhəlləni əhatə edəcək.

Yevlax EŞ-yə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Müvəqqəti məhdudiyyətin yaranmasına səbəb rayon ərazisində 6 və 10 kV-luq elektrik xətlərində təmir işlərinin aparılmasıdır.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə