Əsas məzmuna keç

Bakı metrosuna Avropadan vaqonlar alınacaq

Bakı metrosuna Avropadan vaqonlar alınacaq

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2030-cu ilə qədər Bakı metrosuna 300 yeni alınması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil deyib.

O qeyd edib ki, vaqonların hələlik hansı ölkədən alınacağı məlum deyil:

“Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”.

O bildirib ki, bu ildən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması nəzərdə tutulur:

“Bu, hər xəttin işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Bu məqsədlə " Cabbarlı" ilə "Nizami" stansiyaları arasında, təxminən, 200 metrlik tunel tikiləcək və bununla da xətlər bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərəcək. Sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək".

E.Əhmədov deyib ki, əsas layihələrdən biri "Dərnəgül" elektrik deposunun tikintisidir:

“Bu depo bütün standartlara cavab verəcək və Yaşıl xəttin tam müstəqil fəaliyyətini təmin edəcək. Eyni zamanda, dayanıqlı təminatı üçün "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş yarımstansiyası isə yenilənəcək. Eyni zamanda, “İçərişəhər” və “Xətai” stansiyalarında qatarların dönməsi təmin olunacaq. Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək”.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…