Əsas məzmuna keç

"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

Azərbaycanın Kosmik Agentliyi – "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib. Bu...

Azərbaycanın Agentliyi – ""un İdarə Heyətinin sədri Saməddin Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib. İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri Saməddin Əsədovun namizədliyini dəstəkləyiblər.

Qeyd edək ki, Büro Beynəlxalq Astronavtika Federasiyasının əsas icra orqanıdır. Vitse-prezidentin əsas vəzifəsinə Baş Assambleyanın plenar iclaslarına, konqreslərinə, simpoziumlarına və Federasiyanın digər iclaslarına rəhbərlik etmək, Federasiyaya üzv olan kosmik qurumlara öz tövsiyələrini vermək, Baş Assambleyaya illik maliyyə hesabatının hazırlanmasına nəzarət etmək, Federasiya daxilində komitələri təyin etmək, arasında əməkdaşlığı gücləndirmək daxildir.

Saməddin Əsədovun vitse-prezident olaraq qlobal təşkilatda fəaliyyəti Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların daha yüksək platformadan səsləndirilməsinə imkan verəcək.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…