Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
Azərbaycan yığmasının rəqibi Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. Görüş Qəbələ şəhər stadionunda baş tutacaq və saat 16:00-da başlayacaq.
Bu, millinin hazırlığın ikinci mərhələsində keçirəcəyi növbəti yoxlama matçı olacaq. Komanda əvvəlki sınağında Moldova yığması ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.