Operativ Məlumat Mərkəzi

Azərbaycanın qaz ixracı 11%-dən çox artıb

1 dəq
Paylaş:
Azərbaycanın qaz ixracı 11%-dən çox artıb
bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib. Onun sözlərinə görə, hesabat dövründə 3% artımla hasil edilmiş 12,2 mlrd....

Bu ilin birinci rübündə Azərbaycanda neft-kondensat hasilatı 7,7 mln. ton, ixracı isə 6,4 mln. ton olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Onun sözlərinə görə, hesabat dövründə 3% artımla hasil edilmiş 12,2 mlrd. kubmetr qazın 6.5 mlrd. kubmetri ixrac olunub.

“Birinci rübdə operativ məlumatlara əsasən neft-kondensat hasilatı 7.7 mln. ton, ixracı isə 6.4 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 12.2 mlrd. m3 qazın 6.5 mlrd. m3-i ixrac olunub”, - paylaşımda bildirilir.

Paylaşıma əsasən, yanvar-mart aylarında qaz ixracı 11,2% artıb. Avropaya 2,9 mlrd. kubmetr, Türkiyəyə 2,7 mlrd. kubmetr, Gürcüstana isə 0,9 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 1,4 mlrd. kubmetr qazla təchiz edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər