Əsas məzmuna keç

Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Qahirədə 14-cü oldu

Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Qahirədə 14-cü oldu
— Foto: idman.biz

Azərbaycan yığması Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışında 22 komanda arasında 14-cü yeri tutub. Fərdi yarışda Anna Başta 180 iştirakçı arasında 16-cı olub.

en ru

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət millisi Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışını 14-cü yerdə başa vurub. Yarışda 22 komanda iştirak edib. Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.

Komanda yarışı

Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət yığma ilk görüşdə seçməsini 45:30 hesabı ilə məğlub edib. Ən güclü səkkizliyə yüksəlmək uğrunda qarşılaşmada qılıncoynadanlarına 36:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda matçlarda Çin kollektivinə 34:45 hesabı ilə məğlub olan Azərbaycan komandası İspaniya millisini 45:29 hesabı ilə üstələyib. Yığma son görüşündə təmsilçilərinə 36:45 hesabı ilə yenilib.

Fərdi yarış

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Anna Başta göstərib. O, 180 idmançı arasında 16-cı yeri tutub. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Başta pley-offda Polşa və ABŞ sablyaçılarına qalib gələrək ən güclü 64-lüyə yüksəlib. Daha sonra Macarıstan və Çin idmançılarını mübarizədən kənarlaşdırıb. Ən güclü səkkizliyə vəsiqə uğrunda görüşdə təmsilçisi Yana Yeqoryana 11:15 hesabı ilə uduzub.

Palina Kaspiaroviç ən güclü 32-liyə, Səbinə Kərimova isə 64-lüyə qədər irəliləyib. Zərifə Hüseynova mübarizəni pley-offda dayandırıb.

Qeyd edək ki, Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında sablya üzrə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda altıncı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…