Əsas məzmuna keç

Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda dördüncü oldu

Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda dördüncü oldu
— Foto: idman.biz

Azərbaycan komandası Oranda keçirilən Dünya Kubokunun mərhələsində ABŞ və Özbəkistanı məğlub edərək yarımfinala yüksəlib. Zədələr səbəbindən Macarıstanla görüşə çıxa bilməyən yığma turniri 21 komanda arasında dördüncü pillədə başa vurub.

en ru

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun mərhələsində komanda yarışını dördüncü yerdə tamamlayıb.

Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət komanda ilk görüşündə seçməsini 45:43 hesabı ilə məğlub edərək ən güclü səkkizliyə yüksəlib. Azərbaycan təmsilçiləri 1/4 finalda Özbəkistanla qarşılaşıb və rəqibini yenə 45:43 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb.

İlk iki görüş zamanı Palina Kaspiaroviç və Zərifə Hüseynova zədələnib. Bu səbəbdən Azərbaycan millisi yarımfinalda sonradan Dünya Kubokunun qalibi olan Macarıstanla qarşılaşmaya çıxa bilməyib. Komanda turniri 21 kollektiv arasında dördüncü pillədə başa vurub.

Şəxsi yarışda Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini keçsələr də, pley-off görüşlərində məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər. Zərifə Hüseynova isə mübarizəni erkən dayandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…