Əsas məzmuna keç

Azərbaycanın bəzi rayonlarında leysan yağır: Faktiki hava

Azərbaycanın bəzi rayonlarında leysan yağır: Faktiki hava

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında...

en ru

Azərbaycanın bəzi yerlərində arabir çaxır, yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar xarakterlidir.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız, Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2, Laçın, Qubadlı, , Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək qeydə alınıb.

Səhər saatlarından Bakıda və yarımadasında yağış müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…