Əsas məzmuna keç

Azərbaycan və Maldiv adaları arasında viza rejimi ləğv olundu

Azərbaycan və Maldiv adaları arasında viza rejimi ləğv olundu

Rəsmi Bakı və Male arasındakı sazişlə səyahətçilər Hind okeanı sahillərində maneəsiz istirahət edəcək. Pasport rejimi və turizm imkanları ilə bağlı detallar burada.

ru en

adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında pasportlarına vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün tələbindən azad edilirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…