Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş təsdiq edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeyd edək ki, saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı.