Gələn ay Azərbaycanın aparıcı şirkətlərindən biri Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində 5 ulduzlu hotelin tikintisinə başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
"İki ölkənin prezidentlərinin qəbul etdiyi qərara əsasən, Özbəkistan Azərbaycanda 4, Azərbaycan isə Özbəkistanda 3 layihə icra edəcək. Bunlardan biri hotel layihəsidir. Digər layihə isə Daşkəndin mərkəzində böyük yaşayış kompleksinin inşasıdır", - deyə o qeyd edib.