Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidentinin köməkçisi: "Fransanın Ermənistanı silahlandırması əks effekt verir"

1 dəq
Paylaş:
Azərbaycan Prezidentinin köməkçisi: "Fransanın Ermənistanı silahlandırması əks effekt verir"
“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt...

“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.

“Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, - H.Hacıyev vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər