Əsas məzmuna keç

Azərbaycan nefti bahalaşdı: Qiymət 100 dolları keçdi

Azərbaycan nefti bahalaşdı: Qiymət 100 dolları keçdi

Brent markalı xam neftin dəyəri dünya bazarlarında kəskin yüksəlib. Enerji sektorundakı bu bahalaşma fonunda qlobal iqtisadiyyatı nə gözləyir? Ətraflı oxuyun.

en ru

Dünya bazarında "Azeri Light" markalı neftinin 1 barelinin qiyməti 1,83 dolları və ya 1,85 % artaraq 100,56 ABŞ dolları təşkil edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 94,17 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları və ya 1,98 % artaraq 96,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…