Azərbaycan idmançıları Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən hapkido üzrə açıq dünya birinciliyi və çempionatında 14 medal qazanıblar.
Kyoruqi, yəni döyüş proqramında Yusif Məmmədli (33 kq), Nilufər Əliyeva (62 kq) və Rəvan Məmmədov (+87 kq) qızıl medal əldə ediblər. Xədicə Vəlizadə (52 kq) və Fərid Əlizadə (+65 kq) gümüş, Zəhra Manafova (49 kq), Ərgün İba (51 kq) və Əbdülvahab Əliyev (65 kq) isə bürünc medala sahib olublar.
Xosinsul, fərdi çıxış proqramında Nilufər Əliyeva bürünc medal qazanıb. Kompleks fənlərdə Zəhra Manafova və Xədicə Vəlizadə gümüş medala layiq görülüblər.
Silahla fristayl üzrə nunçaku proqramında Fərid Əlizadə, maneələr üzərindən uzunluğa tullanma yarışında isə Əbdülvahab Əliyev qızıl medal əldə edib.