Əsas məzmuna keç

Azərbaycan gömrüyündə şok əməliyyat: 90 kq narkotik tutuldu

Azərbaycan gömrüyündə şok əməliyyat: 90 kq narkotik tutuldu

Dövlət Gömrük Komitəsinin əməkdaşları Astara gömrük postunda külli miqdarda heroin aşkar edib. Sərhəddə keçirilən uğurlu tədbirin təfərrüatları məlum olub.

en ru

Dövlət Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata əsasən, "Astara" gömrük postunda ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə gül kələmi" yükü aparan vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…