Əsas məzmuna keç

Azay Quliyev: Yeni qanun layihəsi mülkiyyət hüquqlarını bərpa edir

Azay Quliyev: Yeni qanun layihəsi mülkiyyət hüquqlarını bərpa edir

Deputat Azay Quliyevin təqdim etdiyi sənəd vətəndaşların əmlak problemlərinin həllinə necə təsir edəcək? Mülkiyyət hüquqlarının təminatı ilə bağlı yeniliklər.

en ru

Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi sosial baxımdan çox önəmlidir.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Azay deyib.

Onun sözlərinə görə, bu, həm də vətəndaşının konstitusion və hüququnun ən ali səviyyədə bərqərar və bərpa olunması deməkdir:

"Yenə də dövlətimizin çox ağıllı və müdrik bir yanaşmasını görürük. Sosial tədbirlər həmin məcburi köçkünlük statusunun itirilməsi günündən sonra üç il müddətində davam edir. Bu, ondan xəbər verir ki, dövlətimiz yenə də vətəndaşlarına qucaq açır, sahib durur və qarşıda olan üç il müddətində onların ən müxtəlif sahədə sosial qayğı, məşğulluq tədbirləri ilə bərabər, bu statusu saxlayır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…