Əsas məzmuna keç

Azərbaycan və İsrail sahibkar təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və İsrail sahibkar təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma...

ru en

Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası () arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Konfederasiyadan məlumat verilib.

Memorandum –İsrail forumu çərçivəsində rəsmiləşdirilib. Sənədi Azərbaycan tərəfdən ASK-nın prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-nin sədr müavini Natanel Hayman imzalayıb.

İmzalanmış sənəd iki ölkə arasında biznes əlaqələrinin dərinləşdirilməsini hədəfləyir. Memoranduma əsasən, biznes missiyalarının qarşılıqlı səfərlərinin təşkili, investisiya imkanlarının araşdırılması, B2B formatında görüşlərin keçirilməsi, eləcə də Azərbaycan və İsrailin özəl sektor nümayəndələri arasında fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, razılaşma İsrailin naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri fonunda imzalanıb. Səfər çərçivəsində iqtisadi və biznes əməkdaşlığının genişləndirilməsi əsas müzakirə mövzularından biri kimi çıxış edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…