Əsas məzmuna keç

ATƏT-in sədri Qəzzada xəstəxanaya hücum edənləri qınayıb

ATƏT-in sədri Qəzzada xəstəxanaya hücum edənləri qınayıb

ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumu pisləyib və...

ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın naziri Bujar Osmani Əl-Əhli xəstəxanasına edilən hücumu pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasını istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Qəzzada yüzlərlə mülki şəxsin həlak olduğu xəstəxana və məktəbin dağıdılmasından qəzəblənirik. Biz bir daha beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq. Mülki insanlar hədəfə alınmamalı və ya canlı qalxan kimi istifadə edilməməlidir. Məsul olanlar məsuliyyətə cəlb edilməlidir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…