"Apple" bəzi işçiləri və səhmdarları tərəfindən işçilərindən İsrail ordusuna və Fələstin torpaqlarını qəsb edən israillilərə ianə göndərməkdə ittiham olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, özlərini “bir qrup səhmdar, indiki və keçmiş işçilər” kimi qələmə verən 133 nəfər işçi ianələrinin göndərildiyi qurumlarla bağlı texnologiya şirkətinə açıq məktub yazıb. Məktubda "Apple" işçi ianələrini İsrail ordusuna bağlı təşkilatlara və Fələstin torpaqlarını qəsb edən israillilərə göndərməkdə günahlandırılıb.
İanə siyahısında olan qurumlar arasında İsrail ordusundakı əsgərlər üçün ianə toplayan “IDF-nin Dostları (FIDF)”, “HaYovel”, “Bir İsrail Fondu”, “Yəhudi Milli Fondu” və “İsraelGives” də var.
"Apple" şirkəti işçilərini İsrail ordusuna ianə göndərməkdə ittiham edib
1 dəq