Antonio Silva "Yuventus"a keçə bilər

Antonio Silva "Yuventus"a keçə bilər
20.11.2024 01:08
Aa
dəq

"Benfika"nın müdafiəçisi Antonio Silva "Yuventus"un transfer hədəfinə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu uzun müddətdir sıradan çıxan Qleison Bremerə əvəzləyici axtarışına davam edir.

"Yuventus"un maraq dairəsində Antonio Silva da var. 21 yaşlı futbolçunun son vaxtlar "Benfika"nın start heyətində yer almaması onun gediş şansını artıra bilər.

Ən çox ehtimal olunan sövdələşmə variantı, yayda almaq öhdəliyi ilə yanvar ayında icarədir.

"Transfermarkt" portalı Antonio Silvanın dəyərini 40 milyon avro qiymətləndirir.

Həftənin ən çox oxunanları