Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Antarktidadakı vulkan havaya qızıl püskürür: Alimlər heyrətdə

3 dəq
Paylaş:
Antarktidadakı vulkan havaya qızıl püskürür: Alimlər heyrətdə

Adətən vulkan püskürmələri lava axınları, kül və dağıntılarla yadda qalır. Lakin Antarktidanın ən ucqar nöqtələrindən birində “Erebus” vulkanı bu ənənəvi təsviri dəyişdirən nadir ilə diqqət çəkir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Antarktidadakı “Ross” adasında, Cənub qütbündən təxminən 1350 kilometr məsafədə bu vulkan dünyanın ən cənubda yerləşən aktiv vulkanı kimi tanınır.

Məlumata görə, tədqiqatçılar vulkanın kraterindəki daim qaynayan lava gölündən yüksələn qazların tərkibində ölçüdə elementar qızıl kristalları aşkar ediblər. Bildirilir ki, “Erebus” vulkanı hər gün təxminən 80 qram saf qızıl tozunu atmosferə buraxır və bu hissəciklər 1000 kilometrədək məsafəyə yayıla bilir.

Qeyd olunur ki, vulkanik emissiyalarda qızıl izlərinin tapılması yeni hadisə deyil. Havay adalarındakı “Kīlauea” və İtaliyadakı “Etna” vulkanlarında da oxşar müşahidələr aparılıb. Lakin “Erebus”u fərqləndirən əsas xüsusiyyət burada aşkarlanan qızılın formasıdır.

Elektron mikroskopla aparılan analizlər göstərib ki, bu vulkandan yayılan qızıl hissəcikləri təsadüfi formalı toz deyil, təxminən 60 mikrometr ölçüsündə, nizamlı və parıltılı kristal struktura malikdir.

Alimlər qızılın qaz birləşmələrindən necə ayrılıb kristallaşdığı sualına hələ də dəqiq cavab tapa bilməyiblər. Əsas nəzəriyyələrdən birinə görə, xlor tərkibli birləşmələrlə daşınan qızıl qazların sürətli soyuması nəticəsində kristallaşaraq buzlarının üzərinə çökür. Digər ehtimala əsasən isə, qızıl kristalları lava gölünün səthində formalaşır və daha sonra qaz axınları ilə atmosferə sovrulur.

Otuz ildən çoxdur ki, bu fenomen geoloqlar və kimyaçılar arasında müzakirə mövzusu olaraq qalır və tam izahı hələ də elm dünyası üçün açıq sual olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax