Əsas məzmuna keç

Ankarada qəzzalı uşaqlar üçün uçurtmalar göyə qaldırılıb

Ankarada qəzzalı uşaqlar üçün uçurtmalar göyə qaldırılıb

Türkiyənin paytaxtında məktəblilər Qəzzədəki uşaqlara dəstək məqsədilə “Uçurtmalar vurulmasın, səma uşaqlara qalsın” adlı tədbir keçiriblər.

en ru

Türkiyənin Milli (MEB) Qəzzada baş verən humanitar böhrana və müharibədən əziyyət çəkən uşaqların vəziyyətinə diqqət çəkmək məqsədilə ölkə üzrə bütün məktəblərdə “ vurulmasın, səma uşaqlara qalsın” adlı sosial həssaslıq layihəsinə start verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Təhsil Nazirliyinin mətbuat xidməti 81 vilayətin təhsil idarələrinə göndərilən təlimata istinadən məlumat yayıb.

Məlumata görə, “Türkiyə Yüzili Maarif Modeli” çərçivəsində təşkil olunan həftəlik tədbirlər şəbəkəsi Ankara İl Milli Təhsil İdarəsinin koordinasiyası ilə paytaxtdakı təhsil müəssisələrində də geniş şəkildə keçirilib. Keçiörən rayonunda yerləşən “Çiçək bağı” uşaq bağçasında təşkil edilən aksiyada azyaşlı şagirdlər sülh, , qardaşlıq və həmrəylik mesajlarını öz əlləri ilə hazırladıqları uçurtmalar və rəsm əsərləri vasitəsilə nümayiş etdiriblər.

Keçiörən Rayon Milli Təhsil müdiri İbrahim Şahin, müəllimlər və valideynlərin qatıldığı tədbirdə azyaşlılar üzərində sülh rəmzləri əks olunan uçurtmaları göyə buraxıblar. Nazirlik rəsmiləri bu tür təşəbbüslərin şagirdlərdə merhamət, ədalət və insanlıq dəyərlərinin aşılmasında mühüm rol oynadığını vurğulayıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…