Əsas məzmuna keç

Bəqai: Netanyahu BMT kürsüsündə deyil, məhkəmə zalında danışmalıdır

Bəqai: Netanyahu BMT kürsüsündə deyil, məhkəmə zalında danışmalıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Netanyahuya BMT Baş Assambleyasında çıxış imkanı verilməsini tənqid edib. Onun sözlərinə görə, Netanyahu məhkəmə qarşısında dayanmalıdır.

en ru

İran Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Binyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatının () Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışına sərt reaksiya göstərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai BMT-nin əsas missiyasının sülhü qorumaq və ədaləti təmin etmək olduğunu xatırladaraq, müharibə cinayətlərində ittiham olunan şəxslərə beynəlxalq tribunanın verilməsini qəbuledilməz adlandırıb.

İsmayıl Bəqai Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri barəsində çıxardığı həbs qərarını xatırladaraq, Netanyahunun beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu bildirib. İran rəsmisi vurğulayıb ki, müharibə cinayətləri və humanitar hüququn pozulmasında təqsirləndirilən bir şəxs BMT-nin ali kürsüsündən deyil, yalnız beynəlxalq tribunalın məhkəmə zalından danışmalıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…