Əsas məzmuna keç

Ali Məhkəmədə şagirdlər üçün “Açıq qapı” günü keçirilib

Ali Məhkəmədə şagirdlər üçün “Açıq qapı” günü keçirilib

İyulun 8-də “Açıq ” günü münasibətilə Azərbaycanın Ali Məhkəməsində olublar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Tahir Kazımov uşaqlara Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.

Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…