Əsas məzmuna keç

Albaniyada keçirilməsi planlaşdırılan NATO sammiti təxirə salına bilər

Albaniyada keçirilməsi planlaşdırılan NATO sammiti təxirə salına bilər

Alyansın 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan sammitinin vaxtı dəyişdirilə və ya tədbir tamamilə ləğv edilə bilər.

en ru

2027-ci ildə Albaniyada keçirilməsi sammitinin taleyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, tədbirin vaxtının dəyişdirilməsi və ya tamamilə ləğv olunması ehtimalları nəzərdən keçirilir.

Ekspertlər bildirirlər ki, bu qərara bir neçə təsir edə bilər. Əsas səbəblərdən biri Albaniyanın müdafiə xərclərinin bəzi NATO ölkələri ilə müqayisədə daha aşağı səviyyədə olmasıdır. Digər amil isə Prezidenti Trampın böyükmiqyaslı NATO tədbirləri zamanı əməkdaşlıq və koordinasiya prosesində yaranan çətinliklərlə bağlıdır.

NATO-nun yüksək rütbəli hərbi rəsmisi Cüzeppe Kavo Draqone məsələ ilə bağlı açıqlamasında bildirib ki, sammitin Albaniyada keçirilməsi planı qüvvədə qalır. Lakin tədbirin 2027-ci ildə, yoxsa daha sonrakı tarixdə təşkil olunacağı hələ də müzakirə olunur.

Qeyd edək ki, NATO müttəfiqləri daha əvvəl Donald Trampın Ankarada keçirilən sammitə razılaşma əldə etmək məqsədi ilə qatılacağını gözləyirdilər. Lakin ABŞ lideri alyansın fəaliyyəti ilə bağlı daha sərt mövqe nümayiş etdirərək diqqət çəkmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…