Əsas məzmuna keç

Aİ və NATO Ukraynaya Patriot sistemləri üçün istisna tətbiqini alqışladı

Aİ və NATO Ukraynaya Patriot sistemləri üçün istisna tətbiqini alqışladı

Ursula fon der Lyayen və Mark Rütte Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün kritik komponentlər almağa icazə verilməsini müsbət qiymətləndiriblər.

ru en

Avropa Komissiyasının sədri və NATO-nun Ukraynaya “ sistemləri üçün kritik əhəmiyyətli komponentlərin alınmasına icazə verilməsini alqışlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, fon der Lyayen bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukraynaya ayrılan 3,2 milyard avro məbləğində növbəti tranş ölkəyə Rusiyanın hücumlarından hava məkanını daha yaxşı qorumağa imkan verəcək.

Avropa Komissiyasının sədri qeyd edib ki, bu vəsait Ukraynaya dəstək kredit proqramı çərçivəsində artıq ayrılmış 8,4 milyard avronu tamamlayır. Həmin vəsaitin bir hissəsinin hava hücumundan müdafiə ehtiyaclarına yönəldiləcəyi bildirilib.

Fon der Lyayen Avropa İttifaqı və NATO-nun Ukraynaya dəstək vermək və Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün sıx əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Ukraynaya 100 milyon funt sterlinq dəyərində hava hücumundan müdafiə vasitələri, o cümlədən “Patriot” zenit-raket kompleksləri üçün raketlər verəcəyi açıqlanmışdı.

Londonun yaxın aylarda Kiyevə on minlərlə uzaqmənzilli artilleriya mərmisi göndərəcəyi də bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…