Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ Ukraynaya 3,47 milyard avro köçürdü

2 dəq
Paylaş:
Aİ Ukraynaya 3,47 milyard avro köçürdü

Avropa Komissiyasından növbəti maliyyə dəstəyini alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa Komissiyasının sədri "X" sosial şəbəkəsindəki paylaşımında 3,47 milyard avro məbləğində vəsaitin rəsmi Kiyevin hesabına köçürüldüyünü açıqlayıb.

Fon der Lyayen bildirib ki, ayrılan maliyyə vəsaiti Ukraynanın təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Bu vəsaitlərin ayrılması ilə biz Ukraynaya öz səmasını qorumağa və xalqını etməyə kömək edirik", – deyə o qeyd edib.

Avropa Komissiyasının sədri əlavə edib ki, Avropa İttifaqı ilə Ukrayna arasında sənaye sahəsində da genişlənir. Onun sözlərinə görə, tərəflər Avropanın sənaye imkanlarını Ukraynanın innovativ potensialı ilə birləşdirərək birgə layihələri inkişaf etdirməyi planlaşdırırlar.

Xatırladaq ki, Avropa İttifaqı daha əvvəl Ukraynaya ümumilikdə 8,3 milyard avro həcmində ayıracağını bəyan etmişdi.

Qeyd olunub ki, vəsaitin tam həcmdə ayrılması üçün Ukrayna ilin sonunadək hüququn aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrində islahatları davam etdirməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax