Əsas məzmuna keç

Aİ-nin Ukraynaya yeni yardımı 20 milyard avronu keçə bilər

Aİ-nin Ukraynaya yeni yardımı 20 milyard avronu keçə bilər

bu barədə "New York Times" qəzeti məlumat yayıb. Bildirilib ki, Avropa liderləri Ukraynaya “sülhməramlı qüvvə” kimi qoşun göndərməyi, həmçinin ümumilikdə...

Bu gün Avropa İttifaqının (Aİ) nazirləri Brüsseldə Ukraynaya 20 milyard avrodan çox yardım təqdim etməyi müzakirə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, Avropa liderləri Ukraynaya “sülhməramlı qüvvə” kimi qoşun göndərməyi, həmçinin ümumilikdə hərbi xərclərin artırılmasını müzakirə edəcəyi gözlənilir.

Daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştin 20 milyard avroluq büdcə təklifinə qarşı olduğunu bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…