"Uşaqların dağıntılar altından çıxarılması və bir çoxunun bunu edə bilməməsinin görüntülərini görmək qorxuncdur".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlaması zamanı qeyd edib.
Kibri, həmçinin,-“İsrailli həmkarlarımıza hədəfləri müəyyənləşdirərkən mümkün qədər ayrı-seçkilik və diqqətli olmağın vacibliyini vurğulamağa davam edirik” deməklə yanaşı, mülki vətəndaşların və uşaqların ölümündə Həmas-ı günahlandırıb.
O cümələdən, Strateji Kommunikasiyalar Koordinatoru son 24 saat ərzində 96, ümumilikdə isə 400-ə yaxın ABŞ vətəndaşının ailəsi ilə birlikdə Qəzzanı tərk etməyə müvəffəq olub Qahirəyə çatdıqları barədə məlumat paylaşıb.