Əsas məzmuna keç

ABŞ Yaxın Şərqdə genişmiqyaslı hərbi təlimlərə başlayır

ABŞ Yaxın Şərqdə genişmiqyaslı hərbi təlimlərə başlayır

İranla gərginliyin artdığı bir vaxtda ABŞ ordusu bölgədə aviasiya qüvvələrinin iştirakı ilə çoxgünlük manevrlər keçirəcək.

ru en

ABŞ-nin Yaxın Şərqdəki mövcudluğunu gücləndirmək və İranla fonunda hazırlıq səviyyəsini yoxlamaq məqsədilə genişmiqyaslı hərbi təlimlərə başlayacağı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "CNN" telekanalına istinadən xəbər verir ki, bir neçə gün davam edəcək təlimlərdə hərbi aviasiya qüvvələri əsas rol oynayacaq.

General-leytenant Derek Frans təlimlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu pilotların çətin şəraitdə operativ fəaliyyət göstərmək, döyüş tapşırıqlarını tərəfdaşlarla birgə dəqiq və təhlükəsiz şəkildə yerinə yetirmək bacarıqlarını nümayiş etdirəcək.

Eyni zamanda, ABŞ Prezidenti Tramp bölgəyə yeni hərbi dəniz qüvvələrinin göndərildiyini təsdiqləyib.

O, İrana doğru növbəti hərbi donanmanın hərəkət etdiyini qeyd edərək, hadisələrin gedişatını izlədiklərini bildirib.

"The Economist" nəşrinin məlumatına görə, Vaşinqtonun İranın siyasi rəhbərliyinə qarşı sarsıdıcı zərbələr endirmək ehtimalı olsa da, bu barədə hələlik yekun qərar verilməyib.

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…