Qərbin Rusiyaya qarşı uğurlu sanksiya siyasəti apara bilməməsi səbəbindən Ukrayna gələcəkdə xeyli ərazi itirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
“Şübhə yoxdur ki, 2023-cü ildəki nisbi dalana indi əhəmiyyətli dərəcədə Rusiyanın xeyrinə çevrilib. Donbasda əlavə əhəmiyyətli ərazi itkiləri və ABŞ-ın rəhbərlik etdiyi alyansın Putini dayandırmaq üçün tədbirlərə yenidən baxması üçün Ukrayna qüvvələrinin geri çəkilməsini əks etdirən görüntülər tələb oluna bilər”.
Bildirilir ki, Rusiya iqtisadiyyatı əslində Qərbin sanksiyalarından “qorunur”. Nəşr yazır ki, bu vəziyyət qlobal enerji bazarının sabitliyi üçün Rusiya karbohidrogenlərinin axınının davam etməli olduğuna inanan beynəlxalq liderlərin münasibəti ilə bağlıdır. “Politico”nun vurğuladığı kimi, ABŞ-da da bu fikir “sakit şəkildə” dəstəklənir.
Qəzet bu kontekstdə Rusiyanın Donbass və Krımdan “qovulmasını” “mümkün olmayan ehtimal” kimi qiymətləndirir.