Operativ Məlumat Mərkəzi

ABŞ səfirliyi Gürcüstanda keçirilən etiraz aksiyalarına dəstək verib

1 dəq
Paylaş:
ABŞ səfirliyi Gürcüstanda keçirilən etiraz aksiyalarına dəstək verib
bu barədə TASS məlumat yayıb. ABŞ diplomatları polisin dinc nümayişçilərə və nümayişi işıqlandıran jurnalistlərə qarşı güc tətbiqini pisləsə də,...

ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı etirazçılara dəstək verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ diplomatları polisin dinc nümayişçilərə və nümayişi işıqlandıran jurnalistlərə qarşı güc tətbiqini pisləsə də, “biz Gürcüstan xalqının yanındayıq və onların səsini eşitmək hüququnu dəstəkləyirik”, - deyiblər.

Diplomatik nümayəndəlik dinc etirazların və ifadə azadlığının yatırılması üçün güc tətbiqinin qəbuledilməz olduğunu qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər