İspaniyanın paytaxtı Madriddə müddətsiz tətil edən təxminən 200 müəllim magistral yolun bir hissəsində nəqliyyatın hərəkətini dayandırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, etiraz aksiyası yerli vaxtla saat 08:30 radələrində başlayıb.
Aksiya iştirakçıları məktəb partaları və stullarla yolu bağlayıblar. Etirazçılar "Dövlət təhsili satılmır, dövlət təhsili müdafiə olunur!" şüarını səsləndiriblər.
Qeyd edək ki, dövlət təhsil müəssisələrinin müəllimləri oktyabrın 14-dən müddətsiz tətilə başlayıblar. Onlar təhsilə ayrılan maliyyənin artırılmasını, siniflərdə şagird sayının azaldılmasını və müəllimlərin əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Bundan əvvəl də tələblərin yerinə yetirilməsi məqsədilə müxtəlif piketlər, nümayişlər və mitinqlər təşkil olunub.