Əsas məzmuna keç

ABŞ Rusiyadan pnevmoniya şübhəsi ilə bağlı məlumat istəyib - KİV

ABŞ Rusiyadan pnevmoniya şübhəsi ilə bağlı məlumat istəyib - KİV

ABŞ rəsmiləri Rusiyanı laboratoriya əməkdaşının ölümü ilə bağlı təfərrüatları paylaşmağa çağırıb. Vaşinqton məlumatların məhdud olmasının yoluxucu xəstəliyin yayılması ilə bağlı narahatlıq yaratdığını bildirir.

en ru

"The Wall Street Journal" nəşrinin məlumatına görə, administrasiyası Rusiyanın İrkutsk vilayətində təhlükəli infeksiya şübhəsi ilə vəfat edən laboratoriya əməkdaşının ölümü ilə bağlı rəsmi Moskvadan təfərrüatlı məlumat tələb edib. Vaşinqton məlumatların gizlədilməsinin Rusiyanın beynəlxalq səhiyyə öhdəliklərinə zidd ola biləcəyi barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri tərəfindən bu məsələ ilə bağlı olduqca məhdud informasiya verildiyini və bunun yoluxucu xəstəliyin Rusiya hüdudlarından kənara yayılması riski baxımından narahatlıq doğurduğunu bildiriblər. ABŞ Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı digər tərəfdaş ölkələrlə də əlaqə saxlanıldığını diqqətə çatdırıb.

Məsələyə münasibət bildirən ABŞ dövlət katibi da dürüst və şəffaf məlumat mübadiləsinin vacibliyini vurğulayıb: “Məlumatlar hələlik məhduddur. Dəqiq faktlar olmadan fərziyyələr irəli sürmək məsuliyyətsizlik olardı. Rusiya dünya birliyi ilə daha çox məlumat paylaşmalı və şəffaflıq nümayiş etdirməlidir”.

Xatırladaq ki, İrkutsk vilayətinin qubernatoru oktyabrın 2-də sakində "xüsusilə təhlükəli infeksiya şübhəsi" aşkar edilməsi səbəbindən fövqəladə anti-epidemiya komissiyasının iclasını keçirib. Sosial şəbəkələrdə yerli Taunla Mübarizə İnstitutunun əməkdaşının "ağciyər taunu"ndan vəfat etdiyi iddiaları yayılsa da, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti () mütəxəssisə etiketi müəyyənləşdirilməyən pnevmoniya diaqnozu qoyulduğunu və profilaktik sanitar tədbirlərin görüldüyünü bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…