Rusiyanın dördüncü nəsil çoxməqsədli qırıcısı MiQ-29 hələ də sıradan çıxmaq niyyətində deyil.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, Amerikanın 1"9FortyFive" jurnalının köşə yazarı Kristian Orr bu barədə məqaləsində yazıb.
Müəllif qeyd edib ki, Sovet təyyarələri Sovet İttifaqının özündən daha uzunömürlü olmağa davam edir.
Orrun sözlərinə görə, Hindistan Hərbi Hava Qüvvələri MiQ-29-un əsas istifadəçilərindən biridir.
Bildirilir ki, Hindistan təkcə sovet istehsalı olan bu təyyarələri istismar etməklə kifayətlənmir, eyni zamanda onları mütəmadi olaraq modernləşdirir.
Məqalədə MiQ-29-dan istifadə edən ölkələrə nümunə olaraq Ukraynanın da adı çəkilir.
Qeyd edək ki, MiQ-29 1970-ci illərdə SSRİ-də A.İ.Mikoyan adına Eksperimental Konstruktor Bürosunda hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcı təyyarədir.