Operativ Məlumat Mərkəzi

Bayden İtaliyada keçiriləcək G7 Liderlər Sammitində iştirak edəcək

1 dəq
Paylaş:
Bayden İtaliyada keçiriləcək G7 Liderlər Sammitində iştirak edəcək
bu barədə xarici KİV məlumat yayıb. Qəzzada atəşkəs və Ukraynadakı müharibənin gedişatının əsas mövzu olacağı gözlənilən sammitdə G7 liderləri Ukraynaya...

ABŞ prezidenti Co Baydenin iyunun 13-15-də İtaliyada keçiriləcək G7 Liderlər Sammitində iştirak edəcəyi və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşəcəyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qəzzada atəşkəs və Ukraynadakı müharibənin gedişatının əsas mövzu olacağı gözlənilən sammitdə G7 liderləri Ukraynaya verilən dəstək haqqında fikirlərini bildirəcək və müharibənin gedişatını dəyərləndirəcək.

Baydenin sammit çərçivəsində Ukrayna prezidenti Zelenski ilə də görüşəcəyini bildirən Ağ Ev ABŞ-ın Rusiyaya qarşı Ukraynaya güclü dəstəyini davam etdirəcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər